<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Can bəxş eylədi Məsih dünyanın günahı üçün,
 Qan bəxş eylədi Məsih dünyanın xilası üçün,
 Can bəxş eylədi Məsih!

[C1]
   Yudu, qardan ağ etdi bizi Xilaskar Qanı,
   Yudu, bizi pak etdi Onun səpilən Qanı.

[V2]
 O, səmadan güc verib qoruyur bizi qəmdən,
 O, səmadan güc verib qoruyur bizi şərdən,
 O, səmadan güc verir.

[V3]
 Xilaskar sözüdür, bil, daxilimdə qaynayan,
 Dirilik suyudur o, aşıb - daşıb çağlayan,
 Xilaskar sözüdür, bil.

[V4]
 Verib təsəllini Sən göz yaşların silirsən,
 Qeydimizə qalıban qayğımızı çəkirsən,
 Verib təsəllini Sən.</lyrics>
<title>Can bəxş eylədi İL151</title>
<hymn_number>151</hymn_number>
</song>